SOCAR: İtkin düşən neftçilərin axtarışları genişləndirilib
SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, eləcə də "Neft Daşları"nın itkin düşən 3 əməkdaşının axtarışları davam edir.
APA TV-nin məlumatına görə, bu barədə SOCAR-ın "Azneft" İstehsalat Birliyindən açıqlama verilib.
Qeyd edilib ki, axtarışların miqyası genişləndirilib: "Belə ki, Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 6 helikopteri, Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi və 2 helikopteri axtarışları davam etdirir. Təəssüf ki, axtarışlar hələlik heç bir nəticə verməyib".
Əlavə olaraq bildirilib ki, yanğını söndürmək hələ də mümkün olmayıb. "Yanğının söndürülməsi ilə 5 gəmi məşğuldur", - deyə İB rəsmisi qeyd edib.
OXŞAR XƏBƏRLƏR
20:01
806
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
781
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
831
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1283
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1411
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2143