Kim Çen In: "Şimali Koreya hidrogen bombasına malikdir"
"Şimali Koreya hidrogen bombasına malikdir". APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, bu açıqlamanı Şimali Koreya lideri Kim Çen In Pxenyanda yerləşən silah zavoduna baş çəkərkən verib.
O deyib ki, “biz Vətənimizin müstəqilliyini və şərəfini nüvə və hidrogen bombaları ilə qoruya biləcək qüdrətli dövlətə çevrilmişik”. Kim Çen In Şimali Koreyanın güclü nüvə dövlətinə çevrilməsini xüsusi vurğulayaraq, ölkənin suverenliyinin qorunması üçün atom və hidrogen bombalarından istifadə ediləcəyini açıqlayıb.
Qeyd edək ki, bu vaxta qədər Şimali Koreya üç dəfə atom bombasını sınaqdan keçirib.
OXŞAR XƏBƏRLƏR
20:01
806
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
781
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
831
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1283
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1411
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2143