İran Türkiyəyə satdığı qazın həcmini azaltdı
İran Türkiyəyə verdiyi qazın gündəlik həcmini azaldıb. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, ötən gecədən başlayaraq Türkiyəyə ixrac edilən qazın həcmini 14-15 milyon kubmetrə qədər azaldıb.
Bu arada İran qazının Türkiyəyə nəql edilməsinə cavabdeh olan terminalın rəhbəri Sadiq Əkbərpur isə terminalın nəql olunan qazın həcmini artıracaq gücə malik olmadığını açıqlayıb.
Qeyd edək ki, Türkiyəyə idxal olunan qaz həcminin 18 faizi İranın payına düşür. Yaranmış vəziyyətlə əlaqədar Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyi Rusiyadan idxal olunan qazın da həcmində azalma ola biləcəyindən ehtiyatlanır.
OXŞAR XƏBƏRLƏR
20:01
859
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
828
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
879
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1284
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1414
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2145