Operativ qərargah: Sualtı axtarışlar dayandırılıb
SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları davam edir.
APA TV-nin məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.
"Saat 16:00-a olan məlumata görə, itkin düşən neftçilərin axtarışları nəticəsiz olaraq qalır. Axtarışlar Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus, o cümlədən SOCAR-ın AZAL-dan götürdüyü helikopterlər, "Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus gəmilər vasitəsilə aparılır. Əlverişsiz hava şəraiti ilə əlaqədar sualtı axtarışlar dayandırılıb", - deyə B.Ağarəhimov bildirib.
Baş mühəndis əlavə edib ki, yanğın hələ də söndürülməyib: "Hazırda yanğının söndürülməsi ilə 5 gəmi məşğuldur".
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi