Xilas olunan neftçilərdə psixi pozuntular aşkarlanıb
SOCAR-ın "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində ambulator müalicəyə buraxılan neftçilərdən 3-ü yenidən Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
APA-nın məlumatına görə, bir neçə gün əvvəl xəsarət alan Heydər Abbasov, Rəşid İbrahimov və Ehtiram Məlikov səhhətlərində yaranan problemlərlə bağlı yenidən xəstəxanaya müraciət ediblər. Onların şikayəti əsasən, psixi pozuntularla bağlıdır. Xəstələr terapiya şöbəsindəki palataya yerləşdirilib.
Xəstəxanadan APA-ya bildirilib ki, neftçilər yuxu pozuntusu yaşadıqlarını və yuxuda dəniz gördüklərini qeyd ediblər.
Bununla da hazırda xəstəxanada müalicə olunan neftçilərin sayı 15 nəfərə çatıb.
OXŞAR XƏBƏRLƏR
20:01
861
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
831
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
882
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1284
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1414
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2145