Ermənilər kəndlərimizi atəşə tutmağa başladılar
Dekabrın 9-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın yaşayış məntəqələrini minaatanlardan və iriçaplı silahlardan atəşə tutub.
APA TV-nin məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Dinc əhalinin yaşadığı kəndləri atəşə tutan düşmənin işğal olunmuş ərazilərdəki yaşayış məntəqələrində yerləşən döyüş mövqelərini və hərbi obyektlərini məhv etmək məqsədilə ordumuz cavab tədbirləri görəcək və buna görə məsuliyyət Ermənistanın cinayətkar rejiminin üzərinə düşəcək", - deyə açıqlamada bildirilir.
OXŞAR XƏBƏRLƏR
20:01
860
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
830
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
881
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1284
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1414
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2145