Gəncədə iki gənc bıçaqlandı
Gəncədə bıçaqlanma olub. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakinləri - 1994-cü il təvəllüdlü Faiq Sadıqov sol sarğı nahiyəsinin kəsilmiş-deşilmiş yarası və 1996-cı il təvəllüdlü Hüseyn Mayılov sağ budunun kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Onlar dərhal əməliyyat ediliblər, vəziyyətləri orta ağır qiymətləndirilir.
Yaralıları təcili tibbi yardım avtomobili şəhərin Heydər Əliyev prospektində yolun kənarından gətirib. Cinayətin kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
20:01
862
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
832
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
883
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1284
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1414
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2145