Qubada avtomobil kanala yuvarlanıb, 22 yaşlı sürücü dünyasını dəyişib
Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba-Rusiya Federasiya dövlət sərhədi yolunun 164-cü km-də qeydə alınıb. Quba rayon sakini, 1990-cı il təvəllüdlü Ağarəhimov Rza Qalib oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobil yoldan çıxaraq, Samur-Abşeron kanalına düşüb. Qəza nəticəsində sürücü dünyasını dəyişib, iki nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onlar Quba rayon sakinləri – 1987-ci il təvəllüdlü Əliyev Anar Rahib oğlu və 1988-ci il təvəllüdlü Ruslan Müslümovdur.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:39
694
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
18:34
677
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
18:33
666
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
19:44
1010
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
1034
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1278