Türkiyə-İraq danışıqları başladı: gərginlik səngimir
Rəsmi Ankara və Bağdad Türkiyə qoşunlarının İraq ərazisindən çıxarılması ilə bağlı ikitərəfli danışıqlara başladıqlarını bəyan ediblər.
APA TV-nin Vesti.ru-ya istinadən məlumatına görə, bir neçə saat əvvəl tərəflər məsləhətləşmələrin son dərəcə məhsuldar olduğunu bildiriblər. Bununla belə, danışıqların təfərrüatları barədə əlavə məlumat verilmir.
Sözügedən məsələdə irəliləyiş BMT Təhlükəsizlik Şurasının iclasından sonra əldə olunub. Qapalı şəraitdə keçən toplantı zamanı qurumun baş katibi və şuranın əksər üzvləri tərəflər arasında gərginliyin artmasından narahatlıqlarını ifadə ediblər.
Birləşmiş Ştatlar nümayəndələri açıq şəkildə bəyan etməsələr də, iclasın gedişində son günlər Ankara tərəfindən atılan addımların rəsmi Vaşinqtonun da təəccübünə səbəb olduğu sezilirdi.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi