Cahangir Hacıyev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini məhkəməyə verdi
Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyev Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini məhkəməyə verib.
Bu barədə APA-ya məlumat verən C.Hacıyevin vəkili Aqil Layıcov bildirib ki, C.Hacıyevin barəsində həbs-qətimkan tədbirinin dekabrın 5-də seçilməsinə baxmayaraq, o, hələ də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmasını düzgün hesab etmir.
Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.
OXŞAR XƏBƏRLƏR
20:01
860
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
830
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
881
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1284
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1414
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2145