Türkiyə rusiyalı jurnalistləri deportasiya etdi
Türkiyə “Rossiya 1” telekanalının jurnalisti Aleksandr Buzaladzenin çəkiliş qrupunu deportasiya edib.
APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ümumrusiya Dövlət Teleradio Şirkətinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, rəsmi Ankara Rusiya səfirliyinin qərarın səbəblərinə dair sorğusuna cavab verməkdən imtina edib. “Jurnalistlər Suriya ilə həmsərhəd Hatay əyalətindən qonşu Qaziantep əyalətinə yollanarkən saxlanılıblar”, - deyə məlumatda bildirilir.
“Xüsusi müxbir” verilişinin jurnalistlərinin mülki geyimli naməlum şəxslər tərəfindən saxlanıldığı bildirilir. Rusiya telekanalı iddia edir ki, jurnalistləri saxlayan şəxslər özlərini təqdim etməkdən və sənədlərini göstərməkdən imtina ediblər.
Dekabrın 7-də saxlanılan rusiyalı jurnalistlər polis bölməsinə aparılıb. Burada onlara Türkiyə Respublikası ərazisində xarici jurnalistlərin fəaliyyətinə dair qanunvericiliyini pozduqlarına görə ölkədən deportasiya edilmələri barədə qərar verildiyi bildirilib.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi