Xidmət rəisi: "Bəzi dönərxanalarda xəstə heyvan ətləri verilir"
Bölgələrdə iribuynuzlu heyvanlar arasında yayılan xəstəlikdən dərhal sonra dönərxanalarda və iaşə obyektlərində monitorinqlər həyata keçirilir. Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova APA TV-yə dedi ki, dönərxanalarda at, eşşək əti ilə yanaşı, həm də leş olmuş, xəstə heyvanların ətlərinin də istifadəsinə qarşı mübarizə aparırlar. Hazırda 582 baş heyvanda simptomatik müalicə tədbirləri görülür.
Xəstəliyin yayılma arealında və rayonların sayında da ciddi azalma müşahidə edildiyini deyən xidmət rəisi hesab edir ki, havaların nisbətən sərinləşməsi xəstəliyin azalmasına, virus daşıyan qansoran həşəratların aktivliyinin zəifləməsinə gətirib çıxarıb. Elə bu səbəbdən də hazırda xəstəlik qeydə alınan rayonların sayı 41-dən 20-yə enib.
Bu xəstəliyin məhz qonşu ölkələrdən gətirilən heyvanlar vasitəsi ilə yayıldığı da bildirilir. Siyalə Rüstəmova deyir ki, ölkəyə gətirilən hər bir heyvan burda 20 gün karantin rejimində saxlanıldıqdan sonra onun digər heyvanlarla təmasına icazə verilir.
Xidmət rəisi xəstəlik başlayandan indiyədək 148 baş iribuynuzlu heyvanın tələf olduğunu deyir. Bu isə ümumi müalicəyə cəlb edilmiş heyvanların 0,06%-ni təşkil edir. Hazırda xəstə heyvanların müalicəsinin davam etdirildiini deyən xidmət rəisi onu da bildirdi ki, xarizdən gətiriləcək dərman preparatları hələ ki, gətirilməyib. Preparatlar gətirildikdən sonra yerlərə paylanılacaq.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib