Türkiyə Rusiya gəmilərini saxladı - QARA DƏNİZDƏ GƏRGİNLİK
Türkiyə Samsun limanında 6 Rusiya gəmisi saxlayıb. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu addım Rusiyanın Novorossiysk limanında Türkiyə bayrağı altında üzən 5 gəminin saxlanılmasına cavabdır.
Məlumatda qeyd olunur ki, Samsunda saxlanılan gəmilərdən ikisi sərbəst buraxılsa da, 4-ü sənəd yoxlamaları ilə əlaqədar dayandırılıb. Bir müddət sonra isə daha 3 gəminin limandan ayrılmasına izn verilib. Bir gəmi isə hələ də limandadır.
Samsun limanı rəhbərliyindən bildirilib ki, Rusiya tərəfi Novorossiyskdə saxladığı Türkiyə gəmilərinin hərəkətini məqsədli şəkildə gecikdirir. Türk tərəfinin isə sadəcə, prosedur yoxlanışı tətbiq etdiyi deyilir.
Xatırladaq ki, Türkiyə Rusiyanın "Su-24" bombardmançısını vurduqdan sonra sularda da iki ölkə arasında gərginlik hökm sürür.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi