131 qol vuran qapıçı futbolla vidalaşdı
Əfsanəvi qapıçı Rojerio Seni karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, dünyanın ən məhsuldar qolkiperi bu addımı 42 yaşında atıb.
Karyerası boyu “San-Paulu” klubunda 131 qola imza atan Seni xeyli əvvəldən mövsümün sonunda karyerasını bitirəcəyini elan etmişdi. Bu üzdən dünən “Qoyas”a qarşı keçirilən oyunun onun üçün sonuncu olacağı bəlli idi. Rojerio komandasının 1:0 hesabı ilə qalib gəldiyi görüşdə meydana çıxmayıb.
Qeyd edək ki, karyerasına 1992-ci ildə başlayan qapıçı çıxış etdiyi komandalarla ümumilikdə 20 mükafat qazanıb. 2008-ci ildə ölkəsinin ən yaxşı futbolçusu seçilən Seni Braziliya millisi ilə 2002-ci ildə dünya çempionu, 1997-ci ildə Konfederasiyalar kubokunun qalibi adını qazanıb.
OXŞAR XƏBƏRLƏR
20:01
908
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
875
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
941
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1290
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1429
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2150