MSK-dan Hafiz Hacıyev və Cəmil Həsənliyə xəbərdarlıq!
Mərkəzi Seçki Komissiyasının iclasında Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədinin səlahiyyətli nümayəndəsi Əli Əhmədov və prezidentliyə namizəd Cəmil Həsənlinin şikayətlərinə baxılıb.
APA TV-nin məlumatına görə, Ə. Əhmədovun müraciətində sentyabrın 19-da İctimai Televiziyada keçirilən debatda Cəmil Həsənlinin Seçki Məcəlləsinin tələblərini pozduğu qeyd olunub.
Prezidentliyə namizəd Cəmil Həsənli isə müraciətində eyni debatda prezidentliyə namizəd Hafiz Hacıyevin onu və ailəsini təhqir etdiyini, plastik su qabı atdığını, ayrılmış 1,5 dəqiqə vaxtını aldığını bildirib.
Komissiyanın iclasında həmçinin İctimai Televiziyanın da prezidentliyə namizəd Cəmil Həsənli ilə bağlı şikayətinə baxılıb. Şikayət məktubunda C. Həsənlinin efir qaydalarını pozduğu, əlavə 6 dəqiqə 12 saniyə efir vaxtından istifadə etdiyi, bununla da quruma zərər vurduğu bildirilib.
MSK araşdırma nəticəsində Əli Əhmədov və İctimai TV-nin iddialarının sübut olunduğu bildirilib. Bu səbəbdən qurum Cəmil Həsənliyə ciddi xəbərdarlıq edib.
İclasda Cəmil Həsənlinin də müraciətinin araşdırıldığı, onun müraciətindəki halların təsdiqini tapdığı bildirilib. C. Həsənlinin müraciəti əsasında Hafiz Hacıyevə də xəbərdarlıq olunub.
MSK prezidentliyə namizədləri etik davranış qaydalarına əməl etməyə çağırıb.

OXŞAR XƏBƏRLƏR
17:21
1350
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1394
Növbəti köç karvanları yola salınıb
13:38
1404
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
977
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1105
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
3015