Cahangir Hacıyev haqqında 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib
Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev saxlanılıb. Faktı APA-ya Daxili İşlər Nazirliyindən (DİN) təsdiqləyiblər. Cahangir Hacıyevi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb. Artıq Nərimanov rayon Məhkəməsində 3 ay müddətinə azadlıqdan məhrum etmə qərarı seçilib.
C. Hacıyev Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddələri ilə ittiham olunur. Qərar elan olunduqdan sonra Cahangir Hacıyev Bakı İstintaq Təcridxanasına aparılıb.
Qeyd edək ki, Cahangir Hacıyevin saxlanması haqqında ilk xəbəri strateq.az saytı yayıb.
OXŞAR XƏBƏRLƏR
20:01
973
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
938
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1009
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1293
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1440
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2153