Almaniya İŞİD-ə qarşı mübarizədə Rusiya ilə əməkdaşlıq etməyəcək
Almaniya İŞİD-ə qarşı mübarizədə Rusiya ilə əməkdaşlıq etməyəcək. APA TV-nin məlumatına görə, bu barədə Almaniyanın Federal Kanslerinin İdarə Rəisi Peter Altmayer bildirib.
O qeyd edib ki, Berlin İŞİD-ə qarşı mübarizə məsələsində Rusiya ilə əməkdaşlıq etmək niyyətində deyil. Rəsmi Berlin hesab edir ki, məhz Suriya hökumətinin addımları yüz minlərlə suriyalını öz evlərini tərk etməyə vadar edib.
Daha əvvəl Almaniyanın müdafiə naziri Ursula der Layen ölkənin Hərbi Hava Qüvvələrinin marşrut planları və həyata keçirəcəyi uçuşlar barədə məlumatların Rusiya tərəfinə təqdim ediləcəyi barədə bəyanatla çıxış edib.
Xatırladaq ki, ötən gün Almaniya parlamenti ölkənin İŞİD-ə qarşı mübarizə konsepsiyasını təsdiqləyib. Konsepsiyaya görə, ordu missiyasının Suriyada 2016-cı ilin 31 dekabr tarixinədək qalacağı nəzərdə tutulur. Sözü gedən mandata əsasən, əməliyyatlarda 1200 hərbçi iştirak edəcək. Bundan əlavə, Almaniya Suriyaya "Tornado" hərbi-kəşfiyyat təyyarələri də göndərəcək.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi