"Günəşli" platformasında əməliyyat: 32 nəfər xilas edilib, 1 nəfər həlak olub - YENİLƏNİB
"Günəşli" yatağının yanğın baş vermiş 10-cu blokunda xilasetmə işləri davan edir. APA-nın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin və SOCAR-ın canlı qüvvəsi və texnikası yanğın baş vermiş platformaya enib. Hadisə baş vermiş platformada xilasetmə əməliyyatları başlayıb. SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədir.
"Azneft" İstehsalat Birliyindən APA TV-yə verilən məlumata görə, hadisə zamanı platformada olan 63 nəfərdən 32 nəfər xilas edilib. Baş verən qəza zamanı bir nəfərin həlak olduğu bildirilir.
Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi