Ermənistanda müxalifətin müddətsiz aksiyası: polislə toqquşmalar davam edir
İrəvanın Azadlıq meydanında nümayişçilərlə polis arasında toqquşma olub. APA TV-nin “News.am”a istinadən verdiyi məlumata görə, “Müxalifətin vahid qərargahı” qurumunun rəhbəri Jirayr Sefilyan nümayişçiləri meydanda çadırlar qurmağa çağırıb.
Meydanı əhatəyə alan polis əməkdaşları çadırı müxalifətçilərin əlindən almaq istəyərkən toqquşma baş verib.
Jirayr Sefilyan bildirib ki, müxalfət nəyin bahasına olursa olsun qəti addımlar atmağa hazıdır: “Lakin bu prosesdə xalq da iştirak etməlidir. Dekabrın 6-da meydan insanlarla dolu olmalıdır”.
Qeyd edək ki, “Yeni Ermənistan” təşkilatı dekabrın 1-də mitinq və yürüş keçirərək, Azadlıq meydanında müddətsiz aksiyanın başlandığını bəyan edib.
OXŞAR XƏBƏRLƏR
20:01
969
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
934
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1005
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1293
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1440
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2153