Masallı və Cəlilabad müəllimlərinin diaqnostik qiymətləndirmə imtahanları başladı
Bu gündən başlayaraq Masallı Olimpiya İdman Kompleksində Masallı və Cəlilabad rayonlarının ümumtəhsil müəssisələri müəllimlərinin diaqnostik qiymətləndirmə imtahanları start götürüb.
APA TV-nin cənub bürosunun məlumatına görə, üç gün ərzində keçiriləcək diaqnostik qiymətləndirmədə 4500-dən çox müəllimin iştirakı nəzərdə tutulub.
Nəzarətçilərin müşahidəsi ilə keçən imtahanlarda eyni zamanda 500 nəfərin imtahan verməsi üçün şərait yaradılıb. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab verən müəllimlərin bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunur.
Qeyd edək ki, imtahanların gedişatını Təhsil Nazirliyin əməkdaşları və xüsusi hazırlanmış müşahidəçilər izləyir. Eyni zamanda veb-kameralar da quraşdırılıb ki, birbaşa Təhsil Nazirliyindən imtahanları gedişini izləmək mümkün olsun.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi