Quba-Xınalıq yolu bağlandı
Güclü qar səbəbindən Quba-Xınalıq yolu bağlanıb. APA TV-nin xəbərinə görə, bununla əlaqədar həmin istiqamətdə 9 kəndlə nəqliyyat əlaqəsi kəsilib.
Qubadakı 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov APA-TV nin şimal bürosuna bildirib ki, hazırda idarənin ağır texnikaları və canlı qüvvəsi yolun 36-cı kilometrliyində işləyir. Yolda qarın hündürlüyü 50-60 santimetrə çatır. Quba-Xınalıq yolunun bəzi hissələrində qar uçqunun olma ehtimalı var.
Yolun günün sonuna kimi avtomobillərin hərəkəti üçün açılması nəzərdə tutulur.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, Quba rayonu ərazisində ən çox qar Xınalığa yağıb. Burda qarın hündürlüyü 59 santimetrə çatır. Dağətəyi ərazilərdə isə qarın hündürlüyü 15-16 santimetrdir. Qar yağmaqda davam edir.
Dağlıq ərazilərdə mənfi 10 dərəcə temperatur qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi