Azərbaycanda elektron təhsil sisteminə keçid – ilk addımlar!
Azərbaycanda ilk dəfə "Kaspi" Təhsil Mərkəzi "Elektron təhsil" sisteminə keçib. Bu barədə mərkəzin təsisçisi Sona Vəliyeva Kaspi Təhsil Mərkəzinin ənənəvi illik yekun hesabat tədbirində çıxışında deyib. Onun sözlərinə görə, bu məqsədlə fəaliyyətə başlayan OXU TV-də müxtəlif fənləri və sinifləri əhatə edən 500-ə qədər video dərslər peşəkar müəllim və mütəxəssislər tərəfindən təqdim edilir. "Kaspi” Təhsil Mərkəzinin direktoru Elnur Əliyev elektron təhsil sahəsindəki planlardan danışıb.
Mərkəzin son bir ildəki fəaliyyətindən danışan Sona Vəliyeva şirkət daxilində 5 vacib bölmənin fəaliyyət göstərdiyini deyib. Onun sözlərinə görə, "Kaspi Qlobal" bölməsinin dünyanın 150-yə qədər universitetləri ilə partnyorluq əlaqələri var.
Sona Vəliyeva məktəbə qədər uşaqlar üçün "Kaspi Kids", magistraturaya hazırlaşan tələbələr üçün "Kaspi Professionals" və xarici dil öyrənən insanlar üçün fəaliyyət göstərən "Kaspi Poliqlot" bölmələri barədə də məlumat verib. Onun sözlərinə görə, bütün bu bölmələr 5 filialda fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR
18:39
694
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
18:34
677
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
18:33
666
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
19:44
1010
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
1034
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1278