Azərbaycan prezidenti Mişel Platini ilə ölkəmizdə futbolun inkişafını müzakirə edib
Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan UEFA-nın prezidenti Mişel Platinini qəbul edib. Görüşdə Azərbaycanda idmanın müxtəlif növlərinin inkişaf etdirilməsi ilə bağlı görülən işlərin önəmi qeyd olunub, müasir idman infrastrukturunun yaradılması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib. Söhbət zamanı Azərbaycan ilə UEFA arasında uğurlu əməkdaşlığa, ölkəmizdə futbolun inkişafı istiqamətində islahatların aparılmasına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Mişel Platini səfər çərçivəsində Mərdəkanda yerləşən Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa ediləcək təlim-məşq bazasının təməlqoyma mərasimində də iştirak edib.
Qeyd edək ki, Mişel Platini səfər çərçivəsində Mərdəkanda yerləşən Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa ediləcək təlim-məşq bazasının təməlqoyma mərasimində də iştirak edib.
OXŞAR XƏBƏRLƏR
12:38
292
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı
12:22
298
Asif Əsgərov TƏLTİF EDİLDİ
17:37
799
Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib
17:36
947
Noyabrın 23-nə gözlənilən hava şəraiti açıqlanıb
19:17
1390
“Qulağım eşidə-eşidə “bu nə əclaf adamdır!” dedilər” – Nurəddin Mehdixanlı
13:03
1242