Azərbaycanla Latviya arasında Anlaşma Memorandumu imzalandı
Azərbaycanla Latviya arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
APA TV-nin xəbərinə görə, sənədi Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Latviyanın rifah naziri Uldis Augulis imzalayıb.
Latviyalı nazir bildirib ki, imzalanan sənəd iki ölkə arasında əlaqələri daha da inkişaf etdirəcək. Səlim Müslümovun sözlərinə görə, imzalanan sənəd hər iki tərəf üçün olduqca əhəmiyyətlidir: "Tərəflər hansı əməkdaşlıq tədbirlərinin həyata keçirəcəyini dəqiqləşdirdi. Biz əlilliyi olan şəxslərin sərgilərinin keçirilməsini nəzərdə tuturuq. Təcrübə mübadiləsi həyata keçirəcək".
OXŞAR XƏBƏRLƏR
20:01
1010
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
965
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1038
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1298
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1444
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2158