Putin: “Türkiyəyə hərbi zərbələr endirməyəcəyik, amma cavabımız daha ağır olacaq”
“Rusiya Türkiyə Hərbi Hava Qüvvələrinin “SU-24” təyyarəsini vurmasına hərbi yolla cavab verməyəcək, lakin fəaliyyətimiz iqtisadi sanksiyalarla məhdudlaşmayacaq”.
APA TV-nin məlumatına görə, bu fikirləri Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciəti zamanı səsləndirib.
Putin bildirib ki, Rusiya bu insidentə hərbi üsullarla cavab vermək niyyətində deyil: “Əgər kimsə düşünür ki, hərbi cinayət törədib, adamlarımızı öldürüb, bunun əvəzini pomidorla, tikinti sektoru və digər sahələrdə məhdudiyyətlərlə ödəyəcək, o şəxs çox ciddi yanılır. Biz hansı səhvə yol verdiklərini onlara dəfələrlə xatırladacağıq və əməllərinə peşman edəcəyik. Biz nə edəcəyimizi yaxşı bilirik”.
Rusiya prezidenti bildirib ki, Türkiyədə kimlərin Suriyadan oğurlanan neft hesabına ciblərini doldurduqlarını yaxşı bilir: “Türk xalqı mehriban, zəhmətkeş, istedadlı xalqdır. Türkiyədə çoxlu etibarlı dostlarımız var. Biz onlarla Türkiyə hakimiyyətini bir tutmuruq. Ümumiyyətlə başa düşmürəm ki, onlar bunu niyə etdilər. İstənilən məsələni başqa yolla həll etmək mümkündür. Biz Türkiyə ilə ən həssas məsələlərdə əməkdaşlıq etməyə hazır idik. Yalnız Allah bilir ki, onlar təyyarəmizi niyə vurublar. Görünür, Allah ağıllarını başlarından almaqla Türkiyə hakimiyyətini cəzalandırmaq istəyib”.
Vladimir Putin Rusiyanın düşünülmüş və konstruktiv addımlar atacağını deyib: “Onlar bizdən əsəbi, isterik, bütün dünya üçün təhlükə doğuracaq addımlar gözləməsinlər”.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi