Bakıda qadını iki yumruqla qətlə yetirən şəxs həbs olundu
Bakı Şəhər Prokurorluğu paytaxtda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, sentyabrın 18-də saat 14.00 radələrində paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində su kanalından üzərində xəsarətlər olan naməlum qadın meyiti aşkarlanıb. Bu fakt üzrə Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Ölən qadının 1991-ci il təvəllüdlü Namazova Şəbnəm Kərəm qızı olduğu müəyyənləşdirilib. Rayon Prokurorluğu və Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən, 1988-ci təvəllüdlü Əliyev Şahin Mirsəməd oğlu tutularaq istintaqa cəlb olunub.
Araşdırma zamanı məlum olub ki, Şahin Əliyev sentyabrın 18-də səhər saatlarında qeyri-rəsmi nikahda yaşadığı Şəbnəm Namazova ilə metropolitenin “Koroğlu” stansiyası yanında görüşüb. Onlar avtobusla Yeni Suraxanı qəsəbəsində Zeytun Bağları adlanan əraziyə gediblər. Orada aralarında yaranmış mübahisə zamanı Şahin Əliyev Şəbnəm Namazovanın boğaz nahiyəsinə yumruqla iki zərbə endirib. O, qadının qadının öldüyünü yəqin etdikdən sonra meyiti yaxınlıqdakı su kanalına atıb.
İş üzrə istintaq davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib