Azərbaycan prezidenti Ukrayna Prezident Administrasiyasının rəhbərini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 2-də Ukrayna Prezident Administrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, ölkəmizə ilk dəfə səfər etdiyini vurğulayan Boris Lojkin paytaxtımızda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Ukrayna prezidenti Pyotr Poroşenkonun məktubunu dövlət başçısına çatdıran Boris Lojkin ölkələrimiz arasında əlaqələrin fəal şəkildə inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
Prezident İlham Əliyev Ukrayna prezidenti ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardığını, ölkələrimiz arasında müzakirə ediləcək çoxlu birgə layihələrin mövcud olduğunu vurğulayıb. Dövlət başçısı Ukrayna Prezident Administrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müəyyənləşdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi