“Moskva” kreyserini Türkiyədən sonra ABŞ da hədəfə götürdü – DƏNİZDƏ QARŞIDURMA TƏHLÜKƏSİ
ABŞ-ın torpedo gəmiləri Suriya sahillərindəki Rusiyanın raket kreyseri olan "Moskva"nın hərəkətlərini nəzarətə götürüb. APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, bundan əvvəl eyni addımı Türkiyənin Hərbi Dəniz Qüvvələri atıb.
"Suriyada Xmeymim bazasının təhlükəsizliyinə cavabdehlik daşıyan Rusiya kreyserini ABŞ Hərbi Dəniz Qüvvələrinin "Carney" torpedo su izləyir. Gəminin bölgəyə Kiprin cənubundan - neytral sulardan yan alıb", deyə rus hərbi mənbələri bildiriblər.
Xatırladaq ki, Rusiyanın ən nəhəng hərbi gəmilərindən olan "Moskva" Latakiya sahillərinə Aralıq dənizi vasitəsilə gətirilib. "Moskva" "Fort" hava zərbələrinə qarşı sistemlə təchiz olunub. Kreyserin bölgəyə gətirilməsi Türkiyənin Rusiyanın "Su-24" təyyarəsini vurması ilə əlaqədardır.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi