Abşeronda 11 yaşlı məktəblini vuran sürücü qaçdı
Ötən gecə Abşeron rayonunda 11 yaşlı məktəblini maşın vurub. APA TV-nin məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Hələlik sürücüsü müəyyən edilməyən avtomobil yolu keçmək istəyən piyada, 11 yaşlı Orxan Elxan oğlu Hüseynovu vurub. Piyadanı vuran sürücü hadisə yerindən qaçıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Xəstəxananın həkimi Adil Hüseynov yaralının vəziyyəti barədə məlumat verib: "11 yaşlı Orxan Elxan oğlu Hüseynov xəstəxanamıza kəllə-beyin travması, alın nahiyəsinin hematoması və daban hemortrosu diaqnozu ilə daxil olub. Xəstəyə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda xəstənin vəziyyəti kafidir".
Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Hadisə yerindən qaçan sürücünün axtarışları davam edir.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi