Rusiya hava məkanını Türkiyədən qalxan təyyarələr üçün bağladı
Türkiyə ilə Rusiyanın münasibətlərində yaranan gərginlik getdikcə dərinləşir. APA TV-nin "Sözçü"yə istinadən xəbərinə görə, Rusiyanın hava məkanının Türkiyədən qalxan çarter reysləri və özəl təyyarələr üçün bağlanması haqqında qərar qüvvəyə minib.
Təyin olunmuş uçuşlar xaric bütün səfərlərə hava məkanı bu gündən bağlanıb. Rusiya Federasiyasından göndərilən bildiriş Türkiyənin Mülki Aviasiya Baş İdarəsinə çatdırılıb. 28 noyabr tarixli bildirişdə deyilir: "Dekabrın 1-dən etibarən Türkiyədən gələn təyin olunmuş uçuşlar xaric hər cür çarter və özəl təyyarələrin uçuşuna Rusiya hava məkanı qapalıdır. Təyyarələr başqa ölkəyə aid olsa da, Türkiyədən uçuş qəbul edilməyəcək".
Mütəxəssislər Rusiyanın bu qərarının turizmə böyük ziyan vuracağını bildirir.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi