Gəncə sakini özünü körpüdən çaya atdı
Gəncə şəhər sakini özünü körpüdən çaya atıb.
APA TV-nın yerli bürosunun məlumatına görə, 1960-cı il təvəllüdlü şəhər sakini İspəndiyar Hüseynov burunun açıq qəlpəli sınığı və ayağın əzilməsi xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Məlumata görə, əsəb xəstəliyindən əziyyət çəkən İ.Hüseynov bu gün səhər saatlarında şəhərin Mirzə Abbas Abbaszadə küçəsində, Gəncəçayın üzərində olan körpüdən özünü atıb və xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
20:01
1086
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1039
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1113
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1303
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1449
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2162