Obama: "Putinə də dedim, Türkiyə haqlıdır"
Parisdə BMT-nin iqlim dəyişikliyinə həsr olunan zirvə toplantısında iştirak edən ABŞ və Türkiyə prezidentləri arasında görüş keçirilib.
APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, Barak Obama və Rəcəb Tayyib Ərdoğan arasındakı görüş 1 saat davam edib.
B.Obama Rusiya hərbi təyyarəsinin vurulmasından sonra yaranmış durumu və Rusiya ilə Türkiyənin bundan sonra necə əməkdaşlıq edə biləcəklərini müzakirə etdiklərini bildirib: “Türkiyənin özünümüdafiə hüququnu dəstəkləyirik. Putinə də dedim, Türkiyə haqlıdır. Gərginliyi azaltmaq lazımdır”.
B.Obama qeyd edib ki, hamının ortaq düşməni İŞİD-dir və diqqət bu təhlükəyə qarşı mübarizəyə yönəlməlidir.
R.T.Ərdoğan isə Suriyadakı Bayırbucak bölgəsində İŞİD-in olmadığını, bu ərazinin bombardman edilməsindən üzüntü duyduqlarını söyləyib: “Rusiya ilə gərginliyi azaltmaq istəyirik. Niyyətimiz bölgə sülhünə töhfə verməkdir”.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi