Nardaranda atışmada ölən silahlı dəstə üzvləri dəfn olundu
Nardaranda baş verən silahlı insidentdə ölən silahlı dəstə üzvlərinin meyitləri ailələrinə verilib.
APA-nın qəsəbədə olan əməkdaşı bildirir ki, meyitlər bu gün səhər Nardarana gətirilib və qəsəbə qəbiristanlığında dəfn olunublar.
Qeyd edək ki, bu il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə daxil olmuş məlumat əsasında xüsusi əməliyyat keçirilib.
Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hadisə nəticəsində xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirən polis serjantları Vüqar Nəsibov və İsmayıl Tağıyev qəhrəmancasına həlak olublar. Dəstənin üzvlərindən Abbas Hüseyn, Sərvan Səfərov, Əkbər Babayev, Fərahim və Rəfael Bünyatov qardaşları ölüb. A.Hüseyn Gəncə, S.Səfərov Masallı, digər 3 nəfər isə Nardaran sakinidir.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi