Cəbhədə gərgin döyüş: Azərbaycan hərbçisi yaralandı
Erməni silahlı bölmələri Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunu yaralayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmənlə döyüşdə əsgər Nəsibov Bəhruz Sahib oğlu sol qolundan yüngül yaralanıb.
İlkin tibbi yardım göstərildikdən sonra yaralı əsgər tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.
Müdafiə Nazirliyi bildirir ki, ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını qətiyyətlə almağa hazırdır.
OXŞAR XƏBƏRLƏR
20:01
1089
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1043
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1116
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1304
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1449
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2162