Parisdə polislə toqquşmalar: gözyaşardıcı qaz və xüsusi güllələr atıldı
Parisin Respublika meydanında növbəti etiraz aksiyası keçirilib. APA TV-nin Vesti.Ru-ya istinadən xəbərinə görə, polislə etirazçılar arasında qeydə alınan toqquşmalar zamanı 100-dən çox aksiya iştirakçısı həbs olunub.
Toqquşmalar "yaşıllar"ın dinc nümayişindən sonra radikalların asayiş keşikçilərinə hücum etməsi ilə başlayıb. Buna cavab olaraq polis gözyaşardıcı qaz və xüsusi güllələrdən istifadə edib. Hazırda ərazi polisin nəzarətindədir.
Qeyd edək ki, bu gündən başlayaraq 11 dekabra qədər Parisdə BMT-nin İqlim Konfransı keçiriləcək. Konfrans çərçivəsində ətraf mühitə təsirlərin azaldılmasını nəzərdə tutan Kioto müqaviləsini əvəzləyəcək yeni sənədin qəbul ediləcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR
20:01
1089
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1043
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1116
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1304
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1449
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2162