Rusiya Suriyada Türkiyəyə məxsus çörək zavodunu bombaladı
Rusiya hərbi təyyarələri Türkiyənin BMT tərəfindən tanınmış məşhur yardım təşkilatı İHH-nın (İnsani Yardım Təşkilatı) Suriyada dinc əhaliyə kömək məqsədilə inşa etdiyi çörək zavodunu bombalayıb.
APA TV-nin xəbərinə görə, bu barədə İHH-nın Twitter hesabında məlumat verilib.
Məlumata görə, çörək zavodu Suriya müxaliflərinin nəzarətindəki İdlib bölgəsinin Serap mahalında yerləşirmiş. Zavodda gündəlik 50 min adam üçün 16 min çörək bişirilərək, pulsuz paylanırmış. Təşkilat bombardmanın videosunu da paylaşıb.
Rusiya Suriyadakı bombardmanlarının İŞİD-ə qarşı olduğunu iddia edir. Lakin bu ərazidə İŞİD-in mövqeləri yerləşmir.
Qeyd edək ki, İHH Azərbaycanda da yaxşı tanınır. Təşkilat Qarabağ müharibəsi zamanı Azərbaycana da humanitar yardım gətirib. Bundan əlavə, İHH Azərbaycanda 400 kimsəsiz uşağa aylıq yardım edir. Bir neçə il bundan öncə isə Gəncədəki kimsəsiz uşaqlar evi İHH tərəfindən təmir edilib. Ötən ilin fevralında İHH İstanbulda Xocalı simpoziumu təşkil edib.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi