Azərbaycan prezidentindən Türkiyəyə qardaşlıq jesti: Orta Asiyaya gedən maşınlara “Xəzər dəhlizi” açıldı
Türkiyədən Orta Asiyaya gedəcək yük maşınları bundan sonra Azərbaycandan keçməklə “Xəzər dəhlizi”ndən istifadə edəcəklər.
APA TV-nin məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi Beynəlxalq Yükdaşımalar Birliyini məlumatlandırıb.
İndiyə qədər Orta Asiya respublikalarına Rusiyadan keçməklə gedən Türkiyəyə məxsus yük maşınları bundan sonra Azərbaycandan keçməklə mənzil başına çatacaqlar.
Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında yaranmış gərginlikdən sonra Türkiyəyə məxsus yük maşınları Gürcüstandan Rusiyaya keçə bilməyiblər.
Məlumatda bildirilib ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun bu məsələ ilə bağlı müraciətindən sonra Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə məxsus yük maşınlarının Xəzər dəhlizindən istifadəsi üçün şərait yaradılmasına göstəriş verib.
Beynəlxalq Yükdaşımalar Birliyinin icraçı direktoru Fatih Şener Azərbaycan prezidentinə bu dəstəyə görə minnətdarlığını ifadə edib. “Azərbaycan əlacsız vəziyyətdə qalmış yük maşınlarımıza sahib çıxdı", deyə o bildirib.
F.Şener Orta Asiya, Qafqaz və Türkiyəni bir-birinə bağlayan bu dəhlizin həmişə işləməsini arzu edib.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi