Zaqatalada dəhşətli hadisə: həyat yoldaşını güllələdi, sonra özünü öldürdü
Zaqatala sakini tüfənglə həyat yoldaşını yaraladıqdan sonra özünə bıçaqla xəsarət yetirib.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA TV-yə verilən xəbərə görə, ötən gecə saat 23:30 radələrində xəstəxanaya gətirilən rayonun Bəhmənli kənd sakini, 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov həkimlərin səylərinə baxmayaraq, səhər 06.30 radələrində özünə yetirdiyi bıçaq xəsarətlərindən reanimasiya şöbəsində keçinib.
Xatırladaq ki, noyabrın 28-də gecə saat 23:30 radələrində Zaqatalanın Bəhmənli kənd sakini, 1990-cı il təvəllüdlü Zümrüd Nazim qızı İbrahimova qarın boşluğundan güllə yaraları ilə, onun əri 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olublar.
Polis şöbəsindən verilən məlumata əsasən, ilkin ehtimala görə, Nəsimi İbrahimov həyat yoldaşına hələlik bilinməyən səbəbdən tüfənglə xəsarət yetirib, daha sonra özünü bıçaqlayıb.
Hadisə ilə bağlı digər versiyaların üzərində əməliyyat tədbirləri aparılır.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi