Türkiyə boğazları Rusiya gəmiləri üçün bağlaya bilər
Rəsmi Ankara Moskvanın Suriyaya "S-400" raket sistemləri yerləşdirməsi və əlavə hərbçilər göndərməsi ilə bağlı atdığı addımları diqqətlə izləyir.
APA TV-nin Türkiyə mətbuatına xəbərinə görə, Rusiyanın son günlər intensivləşən təhdidləri fonunda Türkiyə tərəfi Bosfor və Dardanel boğazlarını rus gəmiləri üçün tamamilə bağlaya bilər.
Moskva tərəfinin Türkiyəyə yönələn sərt açıqlamaları və tətbiq etdiyi bir sıra sanksiyalar Türkiyənin də cavab tədbirləri görməsini zəruri edir. Bu tədbirlərdən ən önəmlisi Montrö razılaşmasına uyğun olaraq Türkiyənin boğazları Rusiya gəmilərinin keçidi üçün bağlaya biləcəyidir. Həmin müqavilənin şərtləri Rusiyanın Aralıq dənizi bölgəsinə çıxışını mümkün edir. Eyni zamanda sözügedən razılaşma Türkiyəyə Rusiya gəmilərinin boğazlardan keçməsinə qadağa qoyulması hüququnu da verir.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi