Sabah Bakıda 14 dərəcə isti olacaq
Noyabrın 29-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir duman olacağı, səhər və gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 11-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi