Göyçaydan Balakənə xurma aparan yük maşını aşdı
Göyçaydan Balakənə xurma aparan yük maşını qəzaya düşüb. APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə noyabrın 27-də axşam saat 22:30 radələrində Yevlax-Zaqatala Gürcüstan dövlət sərhədi magistral yolunun 103-cü kilometrliyində, Qax rayonunun Tasmalı kəndi ərazisindən keçən hissəsində baş verib.
Balakən rayonunun Tülü kənd sakini, 53 yaşlı İlqar Kamal oğlu Layıcov idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə Balakən istiqamətində hərəkətdə olarkən avtomobilin arxa təkərinin partlaması nəticəsində maşını yolun kənarına aşırıb.
Hadisə nəticəsində sürücü xəsarət almasa da, yük maşınında olan 600 ədəd xurma yeşiyi - təqribən 6 tona yaxın xurma magistral yola dağılıb və yük avtomobili yararsız hala düşüb.
Qəzaya uğrayan yük avtomobili Göyçaydan alınan xurmanı Balakəndə fəaliyyət göstərən soyuducu kameraya aparırmış.
Faktla bağlı BDYPİ-nin İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi