Kəmaləddin Heydərov Qazaxda vətəndaşları qəbul etdi
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Qazax şəhərində Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
APA TV-nin qərb bürosunun məlumatına görə, nazir tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 133, digər məsələlərlə bağlı müraciət etmiş 63 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.
OXŞAR XƏBƏRLƏR
20:01
1150
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1103
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1175
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1309
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1455
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2167