Goranboyda iki maşın toqquşdu: 4 ölü, 4 yaralı
Goranboy rayonunda dəhşətli yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Borsunlu kəndindən Goranboy şəhərinə gedən yolda qeydə alınıb.
“VAZ-2107” markalı iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə müxtəlif bədən xəsarətləri alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Ölənlər rayonun Veyisli kənd orta məktəbinin direktoru Ələsgər Ələsgərov, direktor müavini Nofəl İsmayılov, rayon sakinləri Səday İsmayılov və Yaşar Rzayevdir.
Xəsarət alanların isə rayonun Qaraçinar kənd sakini, 1981-ci il təvəllüdlü Xəqani Rzayev, Qızıl Hacılı kənd sakini, 1982-ci il təvəllüdlü Elman Həsənov, Yenikənd kənd sakini, 1990-cı il təvəllüdlü Nəriman Rzayev və Veyisli kənd sakini, 1977-ci il təvəllüdlü Bəxtiyar Əhmədov olduğu bildirilib.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi