Əli Abbasov qəbul keçirdi
Bu gün Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov Masallıda bu rayondan, eləcə də Lənkəran, Yardımlı, Cəlilabad, Lerik və Astara rayonlarından olan vətəndaşları qəbul edib. APA TV-nin cənub bürosunun məlumatına görə, nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların şikayət və müraciətləri dinlənilib. Qəbul zamanı səsləndirilən müraciətlərdə əsasən işlə təmin olunması, internet xəttinin çəkilməsi, maddi yardımın göstərilməsi kimi məsələlərlə yanaşı, əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə qarşıya çıxan problemlər öz əksini tapıb. Vətəndaşları narahat edən məsələlərin əksər hissəsi yerindəcə həllini tapıb, aidiyyatı üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"