Səməd Seyidov: "Mövqeyimizi nümayiş etdirəcəyik"
"Avropa Şurasının bir neçə gün sonra başlayacaq sessiyasında həmişə olduğu kimi, öz mövqeyimizi nümayiş etdirəcəyik və lazım olan məsələləri qaldıracağıq".
Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. Onun sözlərinə görə, lazım olan məsələlər içərisində də ən önəmlisi təbii ki, Dağlıq Qarabağdır.
Millət vəkili bildirib ki, Avropa Şurasının qəbul etdiyi qətnamələr yerinə yetirilmir, Dağlıq Qarabağ üzrə məsələlər açıq qalır. Açıq-aşkar Ermənistan bu məsələləri kənara qoymaq bu məsələləri müzakirə etməmək siyasətini aparır.
Səməd Seyidov Avropa Şurası sessiyasının Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində keçiriləcəyini xatırladıb.
Xatırladaq ki, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik Ermənistanda olduğu üçün bu sessiyada Ermənistanın prezidenti, xarici işlər naziri və digər rəsmiləri də iştirak edəcək.
OXŞAR XƏBƏRLƏR
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir
Paşinyanın qələbəsi: Səbəblər və mümkün NƏTİCƏLƏRİ
Nazir müavini: 200-dən çox təhlükəli mövzularda videoya məhdudiyyətlər qoyulub