Gəncədə mikroavtobus divara çırpıldı: 18 yaralı
Gəncə şəhərində 18 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.
Şəhərdə 29 saylı marşrut xətti ilə sərnişin daşıyan “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq divara çırpılıb. Qəza zamanı xəsarət alan 18 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralılardan 2 nəfərin vəziyyəti ağır, yerdə qalanları isə orta ağırdır.
İlkin məlumata görə, mikroavtobusun əyləc sistemi işləmədiyi üçün qəza baş verib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
20:01
1185
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1138
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1210
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1311
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1457
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2169