Novruz Məmmədov: “Azərbaycan gərginliyi azaltmaq üçün öz töhfəsini verməyə hazırdır”
Azərbaycan Türkiyə-Rusiya əlaqələrinin gərginləşməsinə təəssüf edir. APA TV-nin məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz şəxsi “Twitter” hesabında yazıb.
Novruz Məmmədov Azərbaycanın hər iki ölkə ilə yaxşı əlaqələrə sahib olduğunu xatırladıb: “Türkiyə bizim ən yaxın müttəfiqimizdir. Rusiya da bizə çox yaxın dost ölkədir. Hər iki ölkə ilə Azərbaycanı tarixi əlaqələr bağlayır. Hər iki ölkə ilə əlaqələrimiz ən yüksək səviyyədədir. Azərbaycan çox istəyir ki, dostları arasında heç bir qarşıdurma olmasın. Azərbaycan gərginliyin azalması işində öz töhfəsini verməyə hazırdır”.
OXŞAR XƏBƏRLƏR
20:01
1185
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1138
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1209
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1311
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1457
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2169