Rusiya Türkiyə məhsullarına qadağa qoydu
Rusiya bu gündən Türkiyəyə sanksiyalar tətbiq etməyə başlayır.
APA TV-nin "Kommersant"a istinadən məlumatına görə, Rusiya Türkiyədən gətirilən bəzi ərzaq məhsullarına və digər mallara məhdudiyyətlər qoyur. Bununla bağlı türk şirkətləri ilə ticarət əlaqələri olan iş adamlarına da xəbərdarlıq edilib.
Konkret hansı mallara məhdudiyyətlər qoyulacağı açıqlanmır. Qərarla bağlı Rusiyanın bütün gömrük keçid məntəqələrində nəzarət gücləndirilib.
Türkiyə ərzaq məhsulları ilə Rusiyanın 4 faizini təmin edir. Təkcə bu ilin son 10 ayında Türkiyədən Rusiyaya 1 milyard dollar miqdarında ərzaq məhsulları - əsasən sitrus meyvələri və pomidor göndərilib.
Rusiyanın Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, bu boşluq İran, Mərakeş, İsrail və bir neçə digər ölkənin məhsulları hesabına doldurulacaq.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi