Sumqayıtda 21 yaşlı tələbə qız kirayədə yaşadığı evin sahibini öldürdü
Sumqayıtda qətl hadisəsi törədilib. Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə şəhərin 9-cu mikrorayonunda qeydə alınıb.
Orada kirayədə yaşayan, 1994-cü il təvəllüdlü Şərqiyə Mehdi qızı Ramazanova ev sahibi, 1940-cı il təvəllüdlü Səmayə Nəcəfovanı bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən Şərqiyə Ramazanova saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Məlumata görə, Şərqiyə Ramazanova Sumqayıt Dövlət Universitetinin tələbəsidir.
OXŞAR XƏBƏRLƏR
20:01
1207
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1162
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1234
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1318
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1463
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2174