Amerikalı general: "Türkiyə düzgün hesablama aparmayıb"
ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisinin sabiq müavini, general Tomas Makinerni "Foks Nyuz" telekanalının efirində Türkiyənin Rusiyaya məxsus hərbi təyyarəni vurması faktına münasibət bildirib.
APA TV-nin Vesti.u-ya istinadən məlumatına görə, o, deyib ki, Türkiyə Suriya ilə sərhəd ərazidə uçuş həyata keçirən SY-24 hərbi təyyarəsini vurmaqla böyük yanlışlığa yol verib.
"Mən hesab edirəm ki, Türkiyə tərəfi yanlış düşüncə ilə səhv bir addım atıb. Mən radarın görüntülərini izlədim. Hətta, təyyarə Türkiyə ərazisinə daxil olubsa belə, bu cəmi 20-40 saniyə arası davam edib. Pilot təyyarəni 180 dərəcə bucaq altında idarə edib. Bu isə o deməkdir ki, qırıcı Suriya ərazisində cənub istiqamətinə doğru hərəkət edib. Türkiyə sadəcə olaraq düzgün hesablama aparmayıb" - deyə general qeyd edib.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi